Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Lənkaranda Hyundai Servis Festivalı başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkaranda Hyundai Servis Festivalı başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti müştəri məmnuniyyətini artırmaq üçün avtomobil sahiblərinə əlavə fürsətlər təqdim etməkdə davam edir.

 

"Marja" xəbər verir ki, Hyundai, bütün cənub bölgəsində olan Hyundai istifadəçilərini 20,21,22 Aprel 2018-ci il tarixlərində Lənkaranda baş tutacaq növbəti Hyundai Servis Festivalına dəvət edir.

 

Servis festivalında bütün “Hyundai” markalı avtomobillərə bir çox servis xidmətləri pulsuz və ya endirimlə göstəriləcəkdir.

 

Festivalda, avtomobilinizi ümumi pulsuz texniki baxışdan və elektron diaqnostikadan keçirtmək, mühərrik sistemində azalmış mayelərin əlavə edilməsi, asqı sistemini test sürüşü edərək yoxlamaq, şikayətlərin yerində mümkündürsə həll edilməsi, Hyundai-ın yeni modelləri ilə test sürüşü etmək kimi fürsətlər təqdim edəcəkdir.

 

Həmçinin, Festivalda iştirak edən müştərilərə xüsusi hədiyyələr təqdim olunacaqdır.

 

Qeyd edək ki, 28,29,30 İyul 2017-ci il tarixlərində də Lənkəranda Hyundai Servis Festivalı baş tutmuşdu.

 

Festivalın keçirilməsində məqsəd, rəsmi Hyundai Servisinin imicinin yüksəldilməsi, müştəri loyallığının artırılması, müştərilərə servis mərkəzlərindən kənarda xidmət göstərməklə xüsusi dəyər yaratmaqdır.

 

Tarix: 20,21,22 Aprel 2018-ci il 09:00 - 17:00

Ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı, Dəmir yolu vağzalının qarşısı

20.04.2018 11:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ