Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq

Rusiyanın azbüdcəli "Pobeda" aviaşirkəti yeni təyyarələr üçün təhlükəsizlik sertifikasiyası üstündə olmaqla "ayaqüstü yerlər" sifariş etməyi planlaşdırır. Aviaşirkət bununla ücüz biletlərin sayını artırmağı düşünür.

 

Qeyd edək ki, bir müddət öncə Almaniyada keçirilmiş “Aircraft Interiors Expo” sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunmuşdu. İtaliyanın "Aviointeriors" şirkətinin hazırladığı at yəhərini xatırladan bu “oturacaqlar” şaquli dayaqla təchiz olunub.

 

Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.

 

İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.

 

Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın “VivaColombia” və İrlandiyanın “Ryanair” aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.

 

© Trend

20.04.2018 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ