Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru “Milli Nüvə Tədqiqatları Mərkəzi”ndə olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru “Milli Nüvə Tədqiqatları Mərkəzi”ndə olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də olub.

 

Səfər zamanı baş direktoru agentliyin Texniki Əməkdaşlığın Koordinasiyası və Proqram Təminatı şöbəsinin direktoru Martin Krause, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar, Xarici İşlər nazirliklərinin nümayəndələri müşayiət edib. 

 

Qonaqlar Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə, kompleksləri və əldə edilən nəticələrlə tanış olublar. Onlara sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi, Tədqiqat Nüvə Reaktoru Kompleksi, İnnovasiya və cihazqayırma, Nüvə spektroskopiyası və radiokimya, Mobil Ekspedisiya Sektoru, Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya şöbələrinin texniki imkanları, kadr potensialı və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilib.

 

Qonaqlar əldə edilmiş nəticələri yüksək qiymətləndirib.

 

Sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano və Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq proqramı çərçivəsində Milli Nüvə Tədqiqatları Mərkəzi ilə icra olunan iki Milli Layihə ətrafında müzakirələr aparıblar.

 

Y.Amano Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşdə müzakirə olunan Tədqiqat Nüvə Reaktorunun yaradılması, nüvə və radiasion texnologiyalarının inkişafının genişləndirilməsi istiqamətlərində birgə fəaliyyəti məqsədəuyğun hesab etdiyini bildirib.

 

O, qeyd olunan istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Baş direktor Azərbaycan Respublikasının nüvə enerjisi, nüvə və radiasion texnologiyanın dinc məqsədlərlə istifadəsi sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib.

 

Görüşdə Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin tezliklə istifadəyə verilməsi, burada sterilizasiya, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və davamlığının artırılması, rezin polimer, elastomer və kompozit materialların fiziki, mexaniki, kimyəvi xassələrinin modifikasiyası istiqamətində radiasion işləmələrin müasir dövrdə böyük elmi və praktiki əhəmiyyət kəsb etməsi qeyd olunub.  

20.04.2018 13:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ