Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mədəniyyət və Turizm Nazirliyi dağıdıldı - YENİ AGENTLİK YARADILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mədəniyyət və Turizm Nazirliyi dağıdıldı - YENİ AGENTLİK YARADILDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

 

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

Azərbaycan Respublikası Mədəniyyət NazirliyininAzərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsini təmin etsin;

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

 

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

20.04.2018 16:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ