Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi necə bölüşdürülür?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi necə bölüşdürülür?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılır.

 

Reklam_3_11

Həmçinin Sərəncam ilə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilir.

 

"Marja" xəbər verir ki, ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilir.


Həmçinin bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır.


İndiyədək Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadiyyat Nazirliyinə tabe idi.


Ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilir.


“Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirəcək.

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansındakı əmlak müvafiq olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Əqli Mülkiyyət Agentliyinin (dövlət qeydiyyatına alındığı gündən sonra) balansına veriləcək.

 

Həmçinin Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin balansındakı əmlak  Əqli Mülkiyyət Agentliyinin balansına veriləcək.

20.04.2018 17:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ