Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“ATENA”nı iflic vəziyyətə gətirmişdilər" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ATENA”nı iflic vəziyyətə gətirmişdilər" - AÇIQLAMA

Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “ATENA” şirkətinin ləğv edilərək “Avrora” şirkətinə satılacağı və işçilərin ixtisar ediləcəyi barədə iddialara şirkətdən münasibət bildirilib.

 

Reklam_3_11

Həmçinin oxuyun: “ATENA”da qalmaqal 

 

“ŞİRKƏTİ BORCLARI QARŞILIĞINDA KÖNÜLLÜ TƏHVİL VERİBLƏR”

 

“ATENA Group” QSC-nin Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev “Marja.az” ilə əlaqə saxlayaraq iddialara cavab verdi.

 

Onun sözlərinə görə, səhmdarların 21 Fevral 2018-ci il tarixində keçirilmiş yığıncağında “Atena” süd zavodunun sahibi “Atropatena Group” QSC-nin adının “ATENA Group” QSC-yə dəyişdirilməsinə qərar verilib və şirkət yeni adla dövlət qeydiyyatına alınıb.

 

Qəmbər Sübhanverdiyev qeyd etdi ki, adın dəyişdirilməsi şirkətə yeni səhmdarın nəzarət etməsilə bağlıdır:

 

“Əvvəl “Atropatena Group” QSC-nin 34%-i Elşad Rəsulova və qalan hissəsi isə qardaşlarına məxsus idi. Elşad Rəsulov payının bir hissəsini və qardaşları isə bütün paylarını borcları qarşılığında Məmmədova Zərəngiz Məhərrəm qızına veriblər. Hazırda Şirkətin 85%-i Zərəngiz Məmmədovaya, 15%-i isə Elşad Rəsulova məxsusdur. Yeni səhmdar əvvəlki səhmdarların “PAŞA Bank”a 10 milyon manata yaxın borcunu bağlayıb, müəssisəyə əlavə resurslar cəlb edib. Bizim bütün təsdiqedici sənədlərimiz var.”

 

Qəmbər Sübhanverdiyev vurğuladı ki, “Atropatena Group” QSC-nin banklara olan külli borcları səbəbindən şirkətin fəaliyyəti demək olar ki, tamam dayanmışdı. Həmçinin Elşad Rəsulovun və qardaşlarının yeni səhmdara böyük məbləğdə borcları var idi:

 

“Borc zavoda avadanlıqların alınması üçün alınmışdı. Borc müqavilələri də mövcuddur, özləri imzalayıblar. Zavodu düşdüyü vəziyyətdən xilas etmək üçün, özləri, borclarının qarşılığında könüllü sürətdə paylarını yeni səhmdara təhvil verdilər”.

 

İSRAFİL QASIMOV YENİ SƏHMDARIN YAXIN QOHUMUDUR

 

Qəmbər Sübhanverdiyev bildirdi ki, Vergilər Nazirliyində işləmiş İsrafil Qasımovun yeni səhmdar Zərəngiz Məmmədova ilə qohumluq əlaqəsi var. Digər məlumata görə, Zərəngiz Məmmədova İsrafil Qasımovun həyat yoldaşıdır.

 

“ŞİRKƏT ƏMƏK HAQLARINI ÖDƏYƏ BİLMİRDİ”

 

2 ildir “Atropatena Group” QSC-nin İcraçı direktoru vəzifəsini icra edən Gökhan Becerikli “Marja”ya bildirdi ki, “Atena” süd emalı zavodu iflic vəziyyətə düşmüşdü:

 

“Şirkət südü və qablaşdırma materiallarını alacaq gücünü itirmişdi. Həmçinin şirkətin banklara ciddi məbləğdə gecikən borcları var idi, işçilərin əməkhaqları bir neçə aydır ödənilmirdi. Bugünkü iclasda  bu məsələnin həlli yollarını müzakirə etdik”.

 

“İSTƏYİRİK SATIŞ İLƏ “AVRORA” ŞİRKƏTİ MƏŞĞUL OLSUN”

 

Gökhan Becerikli işçilərin ixtisarı məsələsinə toxunaraq qeyd etdi ki, yeni səhmdar xərcəri azaltmaq niyyətindədir. Bu məqsədlə satış fəaliyyətinin “Avrora” şirkətinə ötürülməsi nəzərdə tutulur: “ATENA”nın satış fəaliyyətini  “Avrora” şirkətinə təhvil versək, xərcərimiz azalacaqdır. Bu gün bizim xərcərimizin 30%-i satış ilə bağlıdır. “Avrora” böyük ticarət şirkətidir. Biz satışı “Avrora”ya həvalə etsək satış xərclərimiz 8% azalır.  “ATENA” şirkətinin satış komandasının “Avrora” şirkətinə keçirilməsi də nəzərdə tutulur”.

 

Gökhan Beceriklinin təqdim etdiyi yazılı açıqlamada da bildirilir ki, bu gün rəsmi olaraq heç bir işçi işdən çıxarılmamışdır:

 

"“ATENA Group” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 20 aprel 2018-ci il tarixli 4 saylı protokolu ilə qəbul edilmiş qərarına əsasən şirkətin zərərlərinin azaldılması, xərclərinin optimallaşdırılması və daha çox istehsala fokuslanmaq məqsədi ilə bugündən  etibarən distribusiya və mühafizə xidmətləri kənar şirkətlərə ötürülmüşdür. Belə bir qərarın qəbul edilməsinə səbəb, şirkətin 2 ildən artıqdır zərərlə işləməsi, işçilər, banklar və təchizatçılar qarşısında öhdəliklərini vaxtında icra edə bilməməsi olmuşdur.

 

Qəbul edilən qərar barədə işçilər məlumatlandırılmış və onlara bildirilmişdir ki, distribusiyanı qəbul edən şirkətdə onların işlə təmin edilmələri barədə danışıqlar aparılır. Rəsmi olaraq, bugün heç bir işçi işdən çıxarılmamışdır. Direktorlar Şurasının qərarının icrası zamanı hər hansı  işçi ixtisar ediləcəyi təqdirdə Azərbaycan  Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq, kompensasiya ödəniləcək və digər imtiyazlar təqdim ediləcəkdir".

 

“YENİ SƏHMDAR QANUNSUZLUQLARI ÜZƏ ÇIXARIR”

 

“ATENA” şirkətinin əvvəlki sahiblərinin işçiləri ayağa qaldırmasını onların şəxsi maraqları ilə əlaqələndirən Gökhan Becerikli sözlərinə belə davam etdi:

 

“Bu adamların narahat olmasının səbəbi yeni səhmdarın əvvəlki səhmdarların fəaliyyətlərini araşdırmasıdır. Bir girov bir neçə kredit üçün göstərilib. Şirkətdə çoxlu sayda qanunsuzluqlar aşkar edilib. “Atropatena Group” ailə şirkəti olub. Yeni səhmdarın araşdırmaları Elşad Rəsulovun və qohumlarının maraqlarına toxunduğuna görə, narahatdırlar”.

 

Gökhan Becerikli bildirdi ki, Elşad Rəsulov, qardaşı və qardaşı oğlu olan satış müdiri Rəfail Rəsulov işçiləri toplayaraq Ağcəbədidə yolu kəsməyə cəhd ediblər.

 

İcraçı direktor digər bir iddiaya cavab olaraq bildirdi ki, “ATENA”nın heç bir ofisinə basqın olmayıb: “Əksinə Elşad Rəsulovun qohumları tərəfindən şirkətin işçiləri təhqir olunub”.

 

"DEYİLƏNLƏR HƏQİQƏTİ ƏKS ETDİRMİR"

 

“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulov, Şirkətin Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyevin və  İcraçı direktor Gökhan Beceriklinin iddialarına münasibət bildirib.

 

Rəfail Rəsulov "Marja"ya açıqlamasında bildirib ki, Zərəngiz Məmmədovanın şirkətdə müəyyən səhm payına malik olması əsas vermir ki, onun həyat yoldaşı İsrafil Qasımov başına qoçu dəstəsi yığıb, hər üç şirkətə, yəni “Atena” süd zavodu, “Aqat Aqro” heyvandarlıq fermasına və “Atena Qrup” QSC-nin baş ofisinə hücum etsin, işçiləri qanunsuz olaraq işdən kənarlaşdırmaqla şirkətlərin fəaliyyətini iflic vəziyyətə salsın:

 

“Onu da qeyd edim ki, şirkətlər barədə deyilənlər də həqiqəti əks etdirmir. Dünənə kimi hər üç şirkətin fəaliyyəti normal olub, istehsal və satış sahəsində heç bir neqativ hal olmamışdır.         

 

Onu da qeyd etməliyik ki, şirkətlərin fəaliyyəti ilə bağlı bütün məsələlər bağlı qapılar arxasında səlahiyyətləri olmayan şəxslərlə deyil, səhmdarlar və əmək kollektivi ilə müzakirə olunmalı və qərar şəkilində kollektivə elan olunmalıdır.

 

Şirkətin icraçı direktoru qeyd edib ki, satışın digər şirkətə verilməsi 8% xərcləri azaldır, əvvəla bu yanlış rəqəmdir və bu məbləğ üçün 250 nəfər işçini işdən azad etməyə birbaşa əsas vermir. Bu proses ölkə prezidentinin apardığı yeni iş yerlərinin açılması  siyasətinə ziddir. İşdən xəbəri olmayan və şəxsi marağını güdən türkiyə vətəndaşı ilə dünənki vergi məmur əlbir olaraq 250 işçini işsiz qoymuşdur.

 

Bir də ki, kim kimin qohumu olması əsas vermir ki, onun əmlak və əmək hüquqlarının pozulmasına rəvac versin. İ.Qasımov 400 nəfərə yaxın işçinin əmək və əmlak hüquqlarını pozduğuna görə qanun qarşısında cavab verməli olacaq. Atena məhsulları illərdir ki daxili və xarici bazarda tanınmış bir brenddir. Bu gün onu bu vəziyyətə gətirmək İ.Qasımovun son 5 ildə məqsədli fəaliyyətinin nəticəsidir. Bu barədə yəqin ki, konkret faktlarla həm ictimayətə, həm də hüquq-mühafizə orqanlarına məlumat veriləcək”.

20.04.2018 22:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ