Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Apple səhmləri 7% ucuzlaşdı - 63 MİLYARD DOLLAR İTKİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple səhmləri 7% ucuzlaşdı - 63 MİLYARD DOLLAR İTKİ

Nyu-York Birjasında çərşənbə gününü 177,84 dollardan bağlanmış Apple səhmləri ucuzlaşmağa başlayıb.
 

"Marja" xəbər verir ki, Cümə axşamı günü 2,8 faiz, dünən də 4,1 faiz ucuzlaşan şirkətin səhmləri, beləliklə, son 2 iş günündə 6,8 faiz dəyərdən düşmüşdür.
 

Həmin dövrdə şirkətin bazar dəyəri də 928,7 milyard dollardan 865,4 milyard dollara geriləyərək 63,3 milyard dollar itki baş verib.
 

Mütəxəssislər, Apple-a çip istehsal edən Tayvanın "Taiwan Semiconductor Manufacturing" şirkətinin cümə günü etdiyi açıqlamada, şirkətin mobil sektordan gələn tələbatın zəif olduğunu qeyd etməsinə diqqət çəkirlər.
 

Zəif çip tələbi səbəbilə Apple-ın son ağıllı telefonu modeli olan iPhone X satışlarının bu ilin ilk rübündə bazar gözləntilərindən aşağı olacağı ehtimalına işarə edən mütəxəssislər, bu səbəbdən investorların Apple səhmlərinə qarşı satış mövqeyi tutduqlarını bildirirlər.
 

 Apple, bu ilin yanvar-mart dövrünə dair gəlir və mənfəətini Mayın 1-də açıqlayacaq.
 

Şirkət balanslarında, iPhone modellərinin ayrı-ayrı satış göstəriciləri yerinə bütün modellərin ümumi satış rəqəmlərinə yer verir.

21.04.2018 07:57

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ