Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"1 barel neftin istehsalı xərcini 40 dollara endirmişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"1 barel neftin istehsalı xərcini 40 dollara endirmişik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın ən böyük üçüncü neft şirkəti olan "ConocoPhillips"in icraçı direktou Ryan Lance, texnologiya və innovasiyalar sayəsində şirkətin neft istehsalı xərcini 1 barel üçün 40 dollara saldıqlarını deyib.
 
  
"Marja" xəbər verir ki, Lance, 2014-ci ildə neft qiymətlərinin təxminən 116 dollardan 2016-nın əvvəlində 30 dollardan da aşağı düşdüyünü xatırladaraq, "Bir müəssisə olaraq gəlirlərinizin 70%-ini 6 ay ərzində itirdiyinizi düşünün. Neft sənayesi 2014 və 2015-də bunları yaşayıb. İndi vəziyyət texnologiya və innovasiyalar sayəsində toparlanıb. ABŞ-ın şist nefti və şist qazı inqilabı canlı və vəziyyəti çox gözəldir",- açıqlamasını verib.

 
Keçmişdə neft sektorunun aşağı texnologiyaya malik olan bir sənaye kimi görüldüyünü qeyd edən Lance, artıq bu vəziyyətin etibarlı olmadığını və son 5 ildə üfüqi qazma, hidravlik çatlatma, məlumat təhlili, süni zəka və maşın təhsili kimi yeni texnikaların sektorda genişləndiyini qeyd edib.
 

Lance, texnoloji irəliləyişlər sayəsində enerji mənbələrinin daha ucuz və rəqabətə davamlı mövqeyə gəldiyinin vurğulayaraq, "Şirkət olaraq xam neft istehsal xərcini bir barel üçün 40 dollara saldıq. 40 dollarda nağd pul axını uzun müddət təmin edəcək bir vəziyyətdəyik",- deyib.

 

ABŞ-ın neft hasilatı artıb 

 

Lance, neft sənayesindəki texnoloji irəliləyişlər sayəsində ABŞ-ın xam neft istehsalının son 10 ildə sürətlə artdığını vurğulayıb.


 
Lance, ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın 2015-ci ilin sonunda 40 illik xam neft ixracı qadağasını ləğv etdiyinə işarə edərək, ölkənin hazırda gündəlik orta hesabla 2 milyon barrel xam neft ixrac etdiyi məlumatını verib.


 
ABŞ-ın şist nefti inqilabı sayəsində, 1970-lərdə qüvvəyə minən xam neft ixrac qadağasının keçmişdə qaldığını vurğulayan Lance, qadağanın ləğv edilməsi sayəsində ABŞ-ın istehsal etdiyi xam neftin qlobal neft bazarına təsir göstərdiyini bildirib.


  
10 il əvvəl ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatı 5 milyon barrel idi. 5 il əvvəl bu miqdar 7,2 milyon barrelə, bu gün isə 10,4 milyon barelə qalxıb.


 
ABŞ-ın xam neft idxalının ümumi istehlakdakı payı son 10 ildə 60%-dən 20%-ə düşüb.

21.04.2018 09:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ