Bazarlar Fed-in toplantısına fokuslandı
Qlobal bazarlarda gözlər, ABŞ Mərkəzi Bankının (Fed) iclasından çıxacaq qərara və Fed-in yayacağı bəyanata çevrilib.
"Marja" xəbər verir ki, dünən Fed-in Açıq Bazar Komitəsinin (FOMC) iclası başlayıb. Fed faiz qərarını və bəyanatını bu gün Bakı vaxtı ilə saat 23.00-da açıqlayacaqdır.
Fed-in faiz artırmayacağı və 0,75%-də saxlayacağı gözlənilir. Bazarlar, Fed-in bəyanatında ABŞ Prezidenti Donald Trump ilə bağlı FOMC-ın ilk təəssüratlarını anlamağa çalışacaqdır.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Dollar Fed-in iclası ərəfəsində bahalaşır. ABŞ Prezidenti Donald Trump və komandasının üzvlərinin digər ölkələrin öz valyutalarını devalvasiya edərək üstünlük əldə etdikləri barədə açıqlamaları dünən dolların ucuzlaşmasına səbəb olmuşdu.
ABŞ Dollarının 10 mühüm bazar pulu qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi, Noyabr ayının ortasından bəri görülən ən aşağı səviyyəyə düşdükdən sonra, Çərşənbə günü 0.21 faiz qalxaraq 1236.96 bənd olub.
Dollar, Yapon Yeni qarşısında 0.44 faiz yüksələrək 113.30 səviyyəsinə çıxıb.
Avro/dollar məzənnəsi 0,2% düşərək 1.0780 səviyyəsinə geriləyib (Dollar bahalaşıb). Dünən məzənnə 1.08 səviyəsini görmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib