Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Qoçu dəstəsi yığıb, hər üç şirkətə basqın ediblər" - YENİ AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qoçu dəstəsi yığıb, hər üç şirkətə basqın ediblər" - YENİ AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulov, Şirkətin Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyevin və  İcraçı direktor Gökhan Beceriklinin iddialarına münasibət bildirib.

 

HƏMÇİNİN OXU: “ATENA”DA QARŞIDURMA

 

Rəfail Rəsulov "Marja"ya açıqlamasında bildirib ki, Zərəngiz Məmmədovanın şirkətdə müəyyən səhm payına malik olması əsas vermir ki, onun həyat yoldaşı İsrafil Qasımov başına qoçu dəstəsi yığıb, hər üç şirkətə, yəni “Atena” süd zavodu, “Aqat Aqro” heyvandarlıq fermasına və “Atena Qrup” QSC-nin baş ofisinə hücum etsin, işçiləri qanunsuz olaraq işdən kənarlaşdırmaqla şirkətlərin fəaliyyətini iflic vəziyyətə salsın:

 

“Onu da qeyd edim ki, şirkətlər barədə deyilənlər də həqiqəti əks etdirmir. Dünənə kimi hər üç şirkətin fəaliyyəti normal olub, istehsal və satış sahəsində heç bir neqativ hal olmamışdır.         

 

Onu da qeyd etməliyik ki, şirkətlərin fəaliyyəti ilə bağlı bütün məsələlər bağlı qapılar arxasında səlahiyyətləri olmayan şəxslərlə deyil, səhmdarlar və əmək kollektivi ilə müzakirə olunmalı və qərar şəkilində kollektivə elan olunmalıdır.

 

Şirkətin icraçı direktoru qeyd edib ki, satışın digər şirkətə verilməsi 8% xərcləri azaldır, əvvəla bu yanlış rəqəmdir və bu məbləğ üçün 250 nəfər işçini işdən azad etməyə birbaşa əsas vermir. Bu proses ölkə prezidentinin apardığı yeni iş yerlərinin açılması  siyasətinə ziddir. İşdən xəbəri olmayan və şəxsi marağını güdən Türkiyə vətəndaşı ilə dünənki vergi məmuru əlbir olaraq 250 işçini işsiz qoymuşdur.

 

Bir də ki, kim kimin qohumu olması əsas vermir ki, onun əmlak və əmək hüquqlarının pozulmasına rəvac versin. İ.Qasımov 400 nəfərə yaxın işçinin əmək və əmlak hüquqlarını pozduğuna görə qanun qarşısında cavab verməli olacaq. Atena məhsulları illərdir ki daxili və xarici bazarda tanınmış bir brenddir. Bu gün onu bu vəziyyətə gətirmək İ.Qasımovun son 5 ildə məqsədli fəaliyyətinin nəticəsidir. Bu barədə yəqin ki, konkret faktlarla həm ictimayətə, həm də hüquq-mühafizə orqanlarına məlumat veriləcək”.

 

HƏMÇİNİN OXU: ATENA-nın işçiləri şirkətin yeni sahibinə etiraz edirlər

 

21.04.2018 13:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ