Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu nazirlər getdi - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu nazirlər getdi - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, yeni tərkibdə aşağıdakı baş nazirin müavinlərinin, nazirlərin və komitə sədrlərinin adları yoxdur.

 

1. Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri idi.

2. Əli Həsənov - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri idi.

3. Heydər Əsədov -  kənd təsərrüfatı naziri  idi.

4. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəfat etmişdi vəzifə vakant idi.

5. Abid Şərifov - Baş nazirin müavini idi.

6. Elçin Əfəndiyev - Baş nazirin müavini idi

7. İsmət Abbasov -Baş nazirin müavini idi


Yeni nazirlər və komitə sədrləri aşağıdakılardır:

 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

 

Səhiyyə, təhsil, gənclər və idman, mədəniyyət, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.

 

Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb.

 

Prezident 18 Aprel 2018-ci il tarixli Sərəncamı ilə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilmişdi.

21.04.2018 15:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ