Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hökumətdə bu yerlər boşdur?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hökumətdə bu yerlər boşdur?

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncam imzalayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, yeni tərkibdə bir sıra mərkəzi icra orqanlarının adları yer almayıb. Bu, "həmin yerlərə təyinat olmayıb?", "Bu vəzifələr boşdur?" suallarını yardıb.

 

Xatırladaq ki, Prezident 18 Aprel 2018-ci il tarixli Sərəncamı ilə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilmişdi. Ola bilsin ki, təyinat olmayan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri yeni təyinatadək vəzifələrini icra edəcəklər. Prezidentin həmin orqanların rəhbərlərinin vəzifədən azad olunmaları barədə sərəncamları yoxdur. 

 

Digər şərhlərə görə, yeni tərkibdə adları olmayan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbəri vəzifələri boşdur. Bu fikrə qarşı olaraq qeyd etmək olar ki, yeni tərkibdə adı olmayan əvvəlki nazir və komitə sədrinin yerinə təyinat oldu. Yerinə təyinat olmayan nazir, komitə və dövlət xidmətinin sədrinin adları isə siyahıda verilməyib. Bu, əvvəlki rəhbərlərin vəzifələrinə davam edəcəklərinə işarədir. 

 

Təyinat olmayb:

 

Nazirliklər

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət  Nazirliyi (Yeni yaradılır)
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi

 

Dövlət komitələri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dövlət Gömrük Komitəsi
Dövlət Statistika Komitəsi
Əmlak Məsələləri Dövlət Komitəsi

 

Agentliklər, dövlət xidmətləri

Dövlət Miqrasiya Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Qida Təhlükəsizliyi Agentliyi
Milli Arxiv İdarəsi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Yeni yaradılır)

Əqli Mülkiyyət Agentliyi (Yeni yaradılır)

Dövlət Turizm Agentliyi (Yeni yaradılır)

21.04.2018 17:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ