Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

 

Bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.

 

Nazirlər Kabinetinin tərkibində gənclərə də yer verilməsi təqdir edilir. Onların həm də tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb.

 

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı  Sahil Babayev  tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü  Rövşən Rzayev  Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur. Şükür Rzayev çoxlarının yaddaşında təmənnasız, prinsipial və sözübütöv insan kimi qalıb.

 

Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilən  İnam Kərimovun ailəsi də öz intellekti və yüksək təhsili ilə seçilir. Onun qardaşı Mətin Kərimli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsini daşıyır. 

 

 

21.04.2018 17:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ