Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Atena”nın 250-dən çox işçisi etiraz aksiyası keçirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atena”nın 250-dən çox işçisi etiraz aksiyası keçirdi

Süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin işdən çıxarılan 250 nəfərdən çox işçisi etiraz aksiyası keçirib. İşdən çıxarılan işçilər aprelin 22-də şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq narazılıqlarına hüquqi qiymət verilməsini tələb ediblər.

 

Reklam_3_11

“Atena” şirkətinin səhmdarlarından biri Arif Rəsulov açıqlamasında bildirib ki, xüsusilə satış və mühafizə işində çalışan işçilər işdən azad edilib. Onun sözlərinə görə, zavodda istehsal edilən süd və süd məhsullarının satışı fəaliyyəti başqa bir şirkətə təhvil verilib: “İşçilər xəbərdarlıq edilmədən işindən azad edilib. Biz təklif vermişik ki, Müşahidə Şurası verdiyi qərarı dondursun. Əgər verilən qərar qüvvədə qalsa, bütün işçilər öz işini itirəcək”.

 

 Aksiya iki saat davam edib. Tərəflərin müvəqqəti razılaşmasına görə, işsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib. Bundan sonra etirazçılar zavodu tərk ediblər.  

 

“Atena” –nın  Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev açıqlamasında aksiyanı yersiz hesab etdiyini bildirib: “Burda heç kim işdən çıxarılmayıb. Sadəcə şirkət xərclərin optimallaşdırılması üçün xərclərin bir hissəsini başqa şirkətə yönləndirib. Onlar bizim əməkdaşlarımızdır. Əmək qanunvericiliyinə görə, belə bir hal olsa, əmək qanunlarına əməl olunacaq. Biz belə qərar verdik ki, yenidən toplanaq və bir qərar verək”.

 

© APA

 

23.04.2018 05:50

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ