Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avro 1.2075 dollara kimi ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.2075 dollara kimi ucuzlaşa bilər

Dünya iqtisadiyyatlarında fundamental göstəricilərin zəifləməsi, aparıcı valyutaların dollara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olur.


 

Reklam_3_11

EUR

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşaraq, 1.2300$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.2228$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, eniş dalğası 1.2154$ və 1.2075$-a kimi də sürətlənə bilər. Qeyd etmək lazımdır ki, avronun ucuzlaşmasına Avropa iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin zəifləməsi təsir edir. Eyni zamanda, çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:00-da Almaniyadan açıqlanacaq iqtisadi mühit indeksi və cümə günü saat 16:30-da ABŞ-dan yayımlanacaq birinci rüb üzrə iqtisadi inkişaf göstəriciləri də investorların diqqət mərkəzindədir.

 

GBP

GBP/USD məzənnəsi də keçən həftə ərzində 1.3992$-a kimi 3%-ə kimi ucuzlaşıb. Burada da qiymət 1.3984$-ı aşağı istiqamətdə qıraraq, altında qalarsa, ucuzlaşmanın 1.3742$-a kimi də davam edəcəyi proqnozlaşdırılır. Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti faiz qərarı fonunda artım gözləntilərinin zəifləməsi, funt sterlinqin də ucuzlaşmasına təsir edir.

 

TRY

Türkiyə bazarlarında da dollar proqnozlaşdırıldığı kimi 4.00TL-ə kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 4.06TL-nin üzərində təklif edilən USD/TRY məzənnəsi, 4.07TL-ni də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 4.12TL-ə kimi də bahalaşa bilər. Bununla yanaşı, çərşənbə günü saat 15:00-da Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı məzənnəyə təsiri baxımından diqqət mərkəzində saxlanılmalıdır.

 

OIL

Enerji bazarlarında isə Brent nefti keçən həftə proqnozlaşdırıldığı kimi təqribən 75$-a kimi dəyər qazanıb. Bundan sonra qismən korreksiya edən bir barel üzrə qiymət 74-75$ aralığında ticarət edilməkdədir və yenidən 75$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, 76$ və 78$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti də 1334$-a (42.8 $/qram) kimi ucuzlaşıb və 1336$-ın (42.9 $/qram) altında qaldıqca, 1323$-a (42.4 $/qram) kimi də dəyər itirə bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma, qızıl qiymətlərinin də ucuzlaşmasına təsir edir.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

 

23.04.2018 08:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ