Azərbaycanda kiçik tonnajlı yük avtomobilləri istehsal ediləcək
Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı kommersiya avtomobillərinin Azərbaycanda yığılmasına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında keçirilmiş görüş çərçivəsində imza atılıb.
Nazirin sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsində Rusiya ilə birgə kiçik tonnajlı "QAZ" markalı maşınların yığılması da təşkil ediləcək. "Bu gün bununla bağlı müvafiq memorandum imzalandı. Bu işlərə yaxın zamanda başlanılacaq. Neft maşınqayırma sahəsi bizim üçün digər maraqlı sahələrdəndir", - deyə nazir vurğulayıb.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC ilə Rusiyanın “Şimal Qafqaz Kurortları” ASC arasında əməkdaşlığa dair memorandum da imzalanıb.
Nazir bildirib ki, bu ilin sonunda Rusiya ilə birgə tikilən dərman istehsalı zavodunun qablaşdırma hissəsi istifadəyə veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
11 d. əvvəl
Bakı Fond Birjasında keçirilən əməliyyatların həcmi 11 milyard manatı ötüb
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“A-Zone” agentliyi influnser marketinqin incəliklərini açıqladı
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
-
3 saat əvvəl
SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
-
3 saat əvvəl
Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
-
3 saat əvvəl
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib
-
4 saat əvvəl
"Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb"