Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinin təqdimatı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”  Qanun layihəsinin təqdimatı keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Banklar Assosiasiyasında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinin təqdimatı keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, bankların, habelə xidmət mərkəzlərinin nümayəndələri iştirak ediblər.

 

Qarşılıqlı müzakirələr əsasında keçən tədbirdə iştirakçıların qanun layihəsinə dair çoxsaylı sualları cavablandırılaraq ətraflı məlumat təqdim edilib.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi və bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəflərinin icrası çərçivəsində mühüm nailiyyətlərin əldə olunmasını təmin edəcək bu qanun layihəsi ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşmasını, rəqabət mühitinin daha da güclənməsini təmin edəcəkdir.

 

Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi eyni zamanda innovativ ödəniş həllərinin tətbiqinin genişlənməsinə, istehlakçıların elektron ödənişlər sahəsində hüquqlarının müdafiə mexanizmlərinin möhkəmlənməsinə imkan verəcəkdir.

23.04.2018 12:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ