"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsini davam etdirir
"AccessBank" və "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan "ASAN İnkişaf Modeli" (AİM) layihəsi davam edir.
Layihə çərçivəsində növbəti tədbirlər Cəliləbad və Masallı rayonlarında baş tutub. Ümumilikdə hər iki tədbirə 600-dən çox 9-11 sinif şagirdləri qatılıb. Tədbir çərçivəsində şagirdlərə ixtisas seçimi, müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünüinkişaf, psixologiya mövzularında təlimlər keçirilib. Təlimləri "AccessBank" və "ASAN Könüllüləri" təşkilatının nümayəndələri aparıblar.
Daha sonra təlimlərdə iştirak edən şagirdlərin sualları cavablandırılıb. Təlimlərə maraq olduqca böyük idi.
Yekunda şagirdlərə hədiyyələr və trenddə olan kitablar paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaq. Onu da əlavə edək ki, növbəti təlimlər İsmayıllı və Qəbələ rayonlarında baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
7 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 7 saat əvvəl
-
8 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 8 saat əvvəl
-
11 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
11 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir