Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Babək” tankeri istismara qaytarılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Babək” tankeri istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi təmir olunub.

 

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmirindən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib.  

 

Tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir olunub, sualtı və suüstü hissəsi, maşın şöbəsi təmizlənərək rənglənib.

 

Bundan başqa, gəminin avar valı sazlanaraq yerinə quraşdırılıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

 

“Babək” gəmisi artıq istismara qaytarılıb.

 

Məlumat üçün bildirək ki, uzunluğu 149, 9 metr, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Hazırda gəmiqayırmanın yeni nailiyyətləri əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də AXDG üçün iki yeni tanker tikilir.

23.04.2018 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ