Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BP və Azərbaycan yeni saziş imzalayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP və Azərbaycan yeni saziş imzalayacaq

Saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək


 

Reklam_3_11

BP və Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokuna dair saziş imzalayacaq.

 

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

 

O qeyd edib ki, saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək: "Bu sahədə əhəmiyyətli miqyasda neft ehtiyatları mövcud ola bilər. Artıq bütün lazımi işlər görülüb və sazişin imzalanmasının yaxın günlərdə baş tutması planlaşdırılır".

 

Xatırladaq ki, 2016-cı il mayın 24-də Bakıda BP və SOCAR arasında Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verib.

 

© Azərtac

24.04.2018 06:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ