Neft qiymətləri 2014-ün Dekabrından bu yana ən yüksək səviyyədə
Orta Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-da xam neft ehtiyatlarının düşəcəyinin gözlənməsi ilə neft qiymətləri yüksəlişini davam etdirib. Neft Nyu-Yorkda 0.7%-ə qədər yüksəlib.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının, Yəməndə İranın dəstəklədiyi Husilərin atdığı balistik raketləri salması və Husilərin önəmli liderlərindən birinin öldürülməsinin ardından neft qiymətləri 2014-cü ilin Dekabr ayından bu yana ən yüksək səviyyəsində bağlanıb.
ABŞ-da Çümə axşamı günü açıqlanacaq rəsmi məlumatların xam neft ehtiyatlarının ötən həftə 2.25 milyon barrel düşdüyünü göstərməsi gözlənilir.
Dünya neftinin yarısına ev sahibliyi edən Orta Şərqdə gərginliyin yüksəlməsi hasilat problemlərinə səbəb ola bilər.
Digər tərəfdən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları qlobal təklif artıqlığını demək olar ki, aradan qaldırıblar.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas neftinin qiyməti Nymex birjasında 45 sent yüksələrək bareli 69.09 dollara, Brent nefti ICE Futures Europe birjasında 0.9 faiz bahalaşaraq 74.90 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
3 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
5 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb