Dünyanın ən böyük 2-ci neft sahəsi xidmətləri şirkətinin gəlirləri artıb
Dünyanın ən böyük 2-ci neft sahəsi xidmətləri şirkəti Halliburton-ın gəlirlərinin bu ilin ilk rübündə artdığı bildirilib.
"Marja" xəbər verir ki, Halliburton, ilin ilk 3 ayına dair balansını açıqlayıb.
ABŞ şirkətindən bildiriblər ki, şirkətin ilin ilk rübündə gəlirləri keçən ilin eyni dövrünə nisbətən 34 faiz artaraq 5,74 milyard dollara yüksəldib.
Halliburton, ötən ilin yanvar-mart dövründə 4,28 milyard dollar gəlir əldə etmişdi.
Açıqlamada, keçən ilin 3 ayında 32 milyon dollar zərər edən şirkətin, bu ilin eyni dövründə isə 46 milyon dollar xalis mənfəət tutduğu qeyd edilib.
Bundan başqa, ötən ilin ilk rübündə bir səhmə 0,04 dollar zərər edən şirkətin, bu ilin eyni dövründə isə 0,05 dollar mənfəət etdiyi bildirilib.
Halliburton-ın birinci rüb balansının müsbət olmasına baxmayaraq, şirkətin səhmləri ucuzlaşıb.
Şirkətin səhminin dəyəri 2,3 faiz düşərək 51,95 dollardan 50,76 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
6 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
6 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
7 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl