Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yapı Kredi Bank Azərbaycanın xalis əməliyyat mənfəəti 79% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yapı Kredi Bank Azərbaycanın xalis əməliyyat mənfəəti 79% artıb

Türkiyənin ən böyük banklarından biri "Yapı Kredi"nin və Avropanın böyük bank qruplarından biri UniCreditin əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" QSC 2016-cı ilin sonu üzrə maliyyə hesabatları ictimayyətə elan edib.

 

Reklam_3_11

Bankdan "Marja"ya verilən məlumata görə, Yapı Kredi Bank Azərbaycan 2015-ci il ilə müqayisədə 2016-cı ildə xalis əməliyyat mənfəətini 79% artıraraq 19.316 milyon manata çatdırmışdır.

 

Bankın açıqladığı hesabatdan məlum olur ki, 2016-cı ildə qeyri faiz gəlirləri 25.782 milyon manat olmuşdur ki, bu da ötən illə müqayisədə 40.6% daha yüksəkdir.

 

Əlavə olaraq qeyd etmək istərdik ki, mövcud iqtisadi şəraitdə bank 2016-cı ildə nağd pul ehtiyyatlarını da kifayət qədər artırmışdır. Belə ki, bu rəqəm 2015-ci il ilə müqayisədə 62.9% artaraq 250.484 milyon manat olmuşdur.

 

Maliyyə hesabatlarını açıqlayarkən vəziyyəti şərh edən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri cənab Cenk Yüksel: “Azərbaycan iqtisadiyyatına yatırım etmək və bankçılıq sektorunda güvənli bir banka çevrilmək üçün illərdir Avropanın 17 ölkəsində olan təcrübəmizdən istifadə etməkdəyik” şəklində açıqlama verib.

01.02.2017 09:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ