Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Muğan Bank" zərərin içində "üzür", Bankın gəliri xərcini ödəmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Muğan Bank" zərərin içində "üzür", Bankın gəliri xərcini ödəmir

"Muğan Bank" ASC 2018-ci ilin 1-ci rübünü 1 milyon 824 min manat xalis zərər ilə başa vurub. Bank 2017-ci ilin 1-ci rübünü 515 min manat xalis mənfəətlə başa vursa da, 2017-ci ili 6 milyon 341 min manat xalis zərər ilə bağlamışdı.

 

"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "MuğanBank"ın gəlirləri xərclərini ödəmir. Belə ki, Bankın 2 milyon 636 min manat əməliyyat gəlirləri 5 milyon 353 min manatlıq işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərclərini bağlamağa kifayət etməyib. Nəticədə də, Bank öz kapitalından "yeyib". Bankın cəmi balans kapitalı 69 milyon 17 min manatdan 67 milyon 192 min manata, məcmu kapitalı isə 70 milyon 316 min manatdan 68 milyon 683 min manata düşüb. Ötən ilin sonunda, Bankın məcmu kapitalnın qaldırılması üçün nizamnamə kapitalı 10 milyon manat artırılmışdı.

 

Son rübdəki zərər ilə "Muğan Bank"ın yığılmış zərəri 19 milyon 334 min manata çatıb.

 

"MuğanBank" 2018-ci ilin 1-ci rübündə kreditlər üzrə ehtiyyatların yaradılması 2 milyon 16 min manat ayırıb. Bu ayırma olmasaydı belə, Bankın əməliyyat gəlirləri xərclərini bağlamırdı.

 

Əsas gəlir mənbəyi olan Bankın kredit portfeli də azalıb. 2017-ci ilin sonunda müştərilərə verilmiş kreditlər 349 milyon 71 min manat ikən, 31 Mart 2018-ci ildə 342 milyon 613 min manata düşüb.

24.04.2018 11:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ