Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hacıqabulda yığılıb, xaricə ixrac olunacaq - DETALLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hacıqabulda yığılıb, xaricə ixrac olunacaq - DETALLAR

Dəyəri 14 milyon manat olan zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək


 

Azərbaycanda “QAZ” markalı kiçiktonnajlı kommersiya avtomobilləri yığılacaq. Bununla bağlı ötən gün Rusiyanın “QAZ” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycanın “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti arasında uzunmüddətli əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 

“Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov bununla bağlı bildirib ki, Hacıqabul Sənaye Məhəlləsində inşa olunacaq zavodun tikintisi 2019-cu ilin ortalarında başa çatacaq. Dəyəri 14 milyon manat olan zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. İlkin mərhələdə zavodda 80 nəfər, sonra isə 150 nəfər işlə təmin olunacaq.

 

“Biz əvvəlcə daxili bazarın tələbatını ödəmək niyyətindəyik. Daha sonra bu avtomobillərin xarici bazara ixracını da nəzərdə tuturuq”, - deyə Emin Axundov qeyd edib.

 

Xatırladaq ki, Prezidentin müvafiq Sərəncamı əsasında yaradılmaqda olan Hacıqabul Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin sonlarında başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək.

© Azərtac

24.04.2018 13:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ