"Rabitəbank" 2018-in ilk rübünü mənfəətlə başa vurub!
Rabitəbank 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci ilin ilk rübü üzrə gəlirləri 11,1 mln AZN, xərcləri isə 11 mln AZN olan Rabitəbank-ın xalis mənfəəti 102 min AZN təşkil etmişdir.
Həmçinin, ötən ilin analoji rübü ilə müqayisədə bankın kredit portfelində 29%, depozit portfelində isə 42% artım müşahidə olunur. Bu da müştərilərin banka olan etimadının bariz nümunəsidir.
Rabitəbank-ın məcmu kapitalı Mərkəzi Bankın kapital tələbinə tam cavab verərək 104 milyon 774 min AZN təşkil edir. Bankın 2018-ci ilin ilk rübü üzrə maliyyə hesabatları ilə növbəti linkdən tanış ola bilərsiniz http://bit.do/rabitabank-2018-1-hesabat.
Xatırladaq ki, Rabitəbank-ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190 – dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, ticarət / iaşə obyektlərində müxtəlif güzəştlər təklif edən bank kartları, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi facebook səhifəsinə yönləndirə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 53 d. əvvəl
-
2 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
5 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
8 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
8 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 12 saat əvvəl
- 12 saat əvvəl