Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Rabitəbank" 2018-in ilk rübünü mənfəətlə başa vurub!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rabitəbank" 2018-in ilk rübünü mənfəətlə başa vurub!

Rabitəbank 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. 

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci ilin ilk rübü üzrə gəlirləri 11,1 mln AZN, xərcləri isə 11 mln AZN olan Rabitəbank-ın xalis mənfəəti 102 min AZN təşkil etmişdir.

 

Həmçinin, ötən ilin analoji rübü ilə müqayisədə bankın kredit portfelində 29%, depozit portfelində isə 42% artım müşahidə olunur. Bu da müştərilərin banka olan etimadının bariz nümunəsidir.

 

Rabitəbank-ın məcmu kapitalı Mərkəzi Bankın kapital tələbinə tam cavab verərək 104 milyon 774 min AZN təşkil edir. Bankın 2018-ci ilin ilk rübü üzrə maliyyə hesabatları ilə növbəti linkdən tanış ola bilərsiniz http://bit.do/rabitabank-2018-1-hesabat.

 

Xatırladaq ki, Rabitəbank-ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190 – dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, ticarət / iaşə obyektlərində müxtəlif güzəştlər təklif edən bank kartları, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.

 

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB  bankın rəsmi facebook səhifəsinə yönləndirə bilərsiniz.

24.04.2018 14:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ