Qiymətli kağızlar bazarı dövlətin hesabına artıb
2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur. Əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilmişdir.
Bu barədə “Marja”ya Maliyyə Bazararına Nəzarət Palatasından bildirilib.
Törəmə maliyyə alətləri üzrə 2.6 mlrd. manat həcmində əməliyyat baş tutmuşdur ki, onun da 90%-i (2.3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.
2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılmışdır. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olmuşdur.
Hesabat dövründə ümumilikdə 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılmışdır.
2018-ci ilin I rübü üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
16 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
17 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl