"Bu sahəyə girən ilk şirkət görünməmiş sərvətə sahib olacaqdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu sahəyə girən ilk şirkət görünməmiş sərvətə sahib olacaqdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada görüləcək saysız-hesabsız iş varkən, ilk trilyoner sərvətini kosmosdan qazanacaq.

 

"Marja" xəbər verir ki, qlobal investisiya bankı "Goldman Sachs"ın proqnozuna görə, kosmosda mədənçilik dünyadakı hər bir işdən daha faydalı bir sektor olacaqdır. 

 

Maliyyə qurumuna görə, texnologiyanın inkişafı asteroit mədənçiliyini əlverişli hala gətirəcək və bu sahəyə girən ilk şirkət dünyada görünməmiş bir sərvətə sahib olacaqdır.
 

Kiçik planetlər olan asteroitlər, əksəriyyəti Mars ilə Yupiter planetləri arasında qalan göy cismidir. Günəş Sistemində 1 milyonun üzərində asteroit olduğu bilinir.
 

Maliyyə qurumu asteroitlərdən metalları çıxaracaq qazıntı avadanlıq və alətlərinin onlarla milyon dollara istehsal ediləcəyini, bu metalları Dünyaya daşıyacaq yük gəmisinin isə 2,6 milyard dollara başa gələcəyini açıqlayıb.
 

Günümüzdə kosmik mədənçilikdə ciddi addımlar atan "Deep Space Industries" və "Planetary Recources" adlı iki şirkətdən danışmaq mümkündür. Hər iki şirkət də Lüksemburq dövləti ilə birlikdə çalışaraq kosmos mədənçiliyini həqiqətə çevirmək istəyir. Lüksemburq, asteroitlərdə mədənçiliyi reallığa çevirəcək bir çox layihəyə vəsait ayıraraq, əvəzində bu şirkətlərdən səhmlər alıb. Ölkə ötən il kosmik mədənçilik haqqında qanun qəbul etmişdir.

24.04.2018 16:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ