Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Autizmli uşaqlar podiumda moda nümayiş edəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Autizmli uşaqlar podiumda moda nümayiş edəcəklər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 30-da saat 18:30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq.

 

"Autizm – Fərqli və Bizdən Biri" adlı tədbir “Birgə və Sağlam" İctimai Birliyinin və "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı, "AS Qrup İnvestment" şirkətlər qrupunun baş sponsorluğu ilə  təşkil olunur.

 

Hər zaman böyük qayğıya ehtiyacı olan autizmli uşaqlar yaz-yay kolleksiyasından geyimlər təqdim edəcəklər. Kolleksiyanı podiumda "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzindən 20 uşaq nümayiş etdirəcək.

 

Aprel ayı Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqların "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir.

 

Maraqlı proqramla təqdim olunacaq moda nümayişində autizmli uşaqlar başqa istedadlarını da göstərəcəklər. Xor şəklində ifaları ilə “biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışacaqlar.

 

Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edəcəklər. Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq.

 

Öz korporativ sosial məsuliyyət anlayışı ilə seçilən “AS Qrup İnvestment” isə tədbirə və autizm sindromlu uşaqlar üçün nəzərdə tutulmuş xüsusi hədiyyələri ilə balacalara dəstək olacaq.  

25.04.2018 08:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ