3 sığorta şirkətinin kapitalı 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si bu il yanvarın 1-nə balans kapitalının məbləği barədə məlumat verib ki, bunlardan da 3-də sözügedən göstərici 40 milyon manatdan çoxdur.

 

Həmin şirkətlər "PAŞA Sığorta" (66,153 milyon manat), "PAŞA Həyat Sığorta" (57,45 milyon manat) və "Xalq Sığorta" (46,22 milyon manat) ASC-lərdir.

 

Adları çəkilən 6 şirkətin məcmu bakans kapitalı 169,823 milyon manat təşkil edir ki, bu da bazarın 39,8%-i deməkdir. Qalan 17 sığorta şirkətindən 12-nin balans kapitalı 12-30 milyon manat arasında, 5-nin balans kapitalı isə 10 milyon manatdan azdır.

 

20 şirkətdən 9-u ötən il balans kapitalını artırıb. Ən yüksək müsbət dinamika "İpək Yolu Sığorta" ASC-də (10%), ən aşağı müsbət dinamika isə "Bakı Sığorta" ASC-də (0,3%) qeydə alınıb. Qalan 11 sığorta şirkətinin isə balans kapitalı azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (15,1%), ən aşağı mənfi dinamika isə "PAŞA Həyat Sığorta" ASC-də (1,1%) baş verib.

 

***

Ötən ilin sonuna nizamnamə kapitalının məbləği barədə məlumat vermiş 20 sığorta şirkətindən 3-də sözügedən göstərici 40 milyon manatdan çoxdur.  Həmin şirkətlər "PAŞA Sığorta" (50 milyon manat), "Xalq Sığorta" (44,71 milyon manat) və "PAŞA Həyat Sığorta" (44,25 milyon manat) ASC-lərdir.

 

Adları çəkilən 3 şirkətin məcmu nizamnamə kapitalı 134,96 milyon manat təşkil edir ki, bu da bazarın 42,1%-i deməkdir. Qalan 17 sığorta şirkətindən 9-nun nizamnamə kapitalı 10-21 milyon manat arasında, 8-nin nizamnamə kapitalı isə 5-10 milyon manat arasındadır.

 

20 şirkətdən 2-si 2017-ci ildə nizamnamə kapitalını artırıb. Həmin şirkətlər "A-Qrup Sığorta" (25%) və "Xalq Sığorta" (13,5%) ASC-lərdir. Qalan 18 sığorta şirkətinin isə nizamnamə kapitalı dəyişməyib.

 

"Naxçıvan Sığorta" ASC balans və nizamnamə kapitalının məbləği barədə məlumat verməyib.

 

© "Renkinq"

 

25 Aprel 2018 , 10:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin