Bank Respublika-da mühüm irəliləyişlər - MƏNFƏƏTƏ ÇIXDI
Bank Respublika 2018-ci ilin I rübü ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.
Bankdan “Marja”ya daxil olmuş məumata görə, Bankın həyata keçirdiyi uğurlu strategiya nəticəsində bir çox göstəricilərdə irəliləyişlərə nail olunub.
Belə ki, ilk rübün nəticələrinə əsasən 211 min manat həcmində xalis mənfəət əldə edilib. Bundan başqa, Bank aktivlərinin həcmini 10%-ə yaxın artıraraq 739 milyon manata çatdırıb.
Məlumatda qeyd edilir ki, xidmət səviyyəsinin yüksəldilməsi, həyata keçirilən çox saylı məhsul kampaniyaları və rəqəmsal bankçılıq kanallarının inkişafı nəticəsində banka etibar edən müştərilərin sayında, eləcə də həm depozit, həm kart, həm də kredit portfelində artım baş verib. Kredit portfelində baş vermiş artım əməliyyatların avtomatlaşdırılması ilə kredit verilməsi prosesinin sürətləndirilməsi, sənədləşmənin asanlaşdıırlması və kredit şərtlərinin cəlbedici edilməsi ilə bağlıdır.
KAPİTALI YENİDƏN ARTIRILACAQ
Bankın səhmdarları 2018-ci ilin əvvəlində nizamnamə kapitalını artıraraq 67,5 milyon manata çatdırıb. Mart ayında keçirilmiş Səhmdarlarının Ümumi Yığıncağında isə, Bankın cari nizamnamə kapitalının növbəti dəfə də artırılmasına dair qərar qəbul olunub və bu prosesin qısa müddət ərzində həyata keçirilməsi gözlənilir.
"SINAQDAN MÜVƏFFƏQİYYƏTLƏ KEÇDİK"
“Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov əldə edilən uğurlu nəticələri belə şərh edib:
“2017-ci il maliyyə sektoru və bizim üçün sınaq ili idi. Düşünürəm ki, biz bu sınaqdan müvəfəqiyyətlə keçdik. 2018-ci ilin ilk rübünün nəticələri sübut etdi ki, Bankın seçdiyi və həyata keçirdiyi strategiya doğru idi. Bankın uğurlu nəticələr əldə etməsində ən böyük pay sahibi isə, bizim yorulmadan çalışan gənc və istedadlı kollektivdir. Bank Respublika bundan sonra da müştəri məmnuniyyətini əsas tutaraq yeni, innovativ və faydalı layihələr həyata keçirəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
7 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
7 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
8 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 8 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
9 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 9 saat əvvəl
- 9 saat əvvəl