Ən yuxarı statik reklam_3

“Birdən başıma bir iş gəlsə”..? – DEMƏK İSTƏMİRSİNİZSƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Birdən başıma bir iş gəlsə”..? – DEMƏK İSTƏMİRSİNİZSƏ

"İnsanın başına gələcək ən qorxulu iş nədir?" sualına əksəriyyətimiz «əlbəttə ki, ölümdür» cavabını verərik. Droğrudan da həyatımız, dünyamız, yaxınlarımız, bizi əhatə edən insanlar və hisslər çox qiymətli və əzizdir. Həyatı və bütün bunları itirmək əsl faciədir. Amma ailəli şəxslərin bu suala cavabı fərqli olacaq. Ailə başçıları, xüsusilə də kiçik övladları olanlar üçün baş verə biləcək ən qorxulu hal həyatını itirməklə yanaşı, ailəni müdafiəsiz – pulsuz və təminatsız qoymaqdır. Bu – ölümdən də dəhşətlidir.

 

Ailə başçılarından gələn …təhlükə

 

Hələ təqribən 10 il bundan əvvəl Dünya Bankı Azərbayanda avtomobil qəzaları, onların səbəbləri və bu qəzaların sosial nəticələri barədə araşdırma aparmışdı. Araşdırmada məlum oldu ki, Azərbaycandakı ailələrin böyük hssəsi ailə başçısından təhlükəli dərəcədə asılıdır. Daha dəqiqi ailənin rifahı, gəlirləri, sosial müdafiəsi, ailədəki uşaqların keyfiyyətli təhsil və tibbi xidmətlərə çıxışı ailə başçıları və onun gəlirlərindən birbaşa asılıdır. Belə vəziyyətdə ailə başçısının vəfatı təkcə yaxın adamın itirilməsi demək deyil. Ailə başçısı həlak olanda, indiyədək yaxşı yaşayan ailə həm də əsas gəlir mənbəyindən məhrum olur, sürətlə kasıblaşmağa başlayır və ən aşağı sosial təbəqələrə enir. Bunun nəticələrini sadalamağa lüzum yoxdur – ailə üzvləri yaxşı qidalanmır, keyfiyyətli təhsil və tibbi xidmət almır, ailədə xəstəliklər başlayır, uşaqlar yaxşı təhsil almadıqlarından onların karyera şansları itirilir və s. Ən pisi odur ki, bü proses nəinki ailəni hətta buradakı uşaqların da ailələrini əhatə edir. Təqribi hesablamalara görə, ailənin bir də əvvəlki sosial səviyyəyə qalxması üçün az qala 30-40 il vaxt lazım olur. Ailə başçısı üçün bu vəziyyət ölümdən də dəhşətli bir haldır. Məhz buna görə, ailə başçıları və böyüklər üçün əsas narahatlıq yaxınların rifahıdır. Ona görə də, insanlar daima pis gündən qorunmaq üçün müxtəlif çıxış yolları axtarırlar.

 

Pis gündən qorunmağın “çıxış yolları”

 

Belə narahatlıqdan qurtarmağın yollarından biri də həyat sığortasıdır. Hazırda həyat sığortasında az qala həyatda baş verən istənilən vəziyyətlə bağlı “çıxış yolları” var. Açığı bədbəxt hadisənin, olayın, bəzən ölümün də qarşısını almaq çətindir. Əvəzində insanlar, ələxsus da yaxınlarının gələcəyindən narahat olan ailə başçıları müxtəlif sığorta növlərindən istifadə etməklə ailələrinin gələcək problemlərin indidən həll edə bilərlər. Bunun üçün həyat sığortası şirkətlərində müxtəlif sığorta variantları var.

 

Kredit götürən şəxslərin həyat sığortası

 

Kredit götürən şəxslərin həyat sığortası kredit alan şəxs üçün çox əlverişlidir. Son illər Azərbaycanda kredit bazarının sürətli inkişaf etməsi ölkədə kredit götürən şəxslərin də sayının artması ilə nəticələnib. Rəsmi məlumatlara görə, ölkə əhalinin az qala yarısının banklara kredit borcu var. Bu kreditlərin bir hissəsi uzun müddətə – 5-20 illiyə verilib. Bir qayda olaraq müştərilər belə kredit götürəndə bir poblem çıxmayacağına və borclarını ödəyəcəyinə əmin olurlar. Amma həyatın öz sürprizləri var. Müştərinin başına hər hansı bədbəxt hadisə gələrsə, krediti onun yaxınları və ailəsi ödəməli olacaq.

 

Belə vəziyyətin yaranmaması üçün kredit götürən həyat sığortasından istifadə edilir. Bu sığorta belə işləyir - bankdan kredit alan şəxs həyatını kreditin məbləğinə uyğun sığortalayır. Bundan sonra bir hadisə baş verərsə, məsələn müştəri vəfat edərsə, bankın kreditini sığorta şirkəti ödəyir.

 

Misal olaraq, “PAŞA Həyat” şirkəti 2016-cı ildə kredit götürən şəxslərin həyat sığortası növü üzrə 1,306 mln. manatdan çox sığorta ödənişi verib. Təkcə, cari ilin yanvar ayında isə şirkət tərəfindən bu sığorta növü üzrə ödənilən vəsaitlərin həcmi 56,404 min manat təşkil edib.

 

Daha çox kimə lazımdır – banka, yoxsa müştəriyə?

 

Təsəvvür edin, kreditlə mənzil alınıb, mənzilin özü girov qoyulub və ailə başçısı krediti ödəyir. Onun başına bir hadisə gələrsə, ailə nəinki gəlir mənbəyini itirir, həmçinin indiyədək krediti qaytarılan evindən də məhrum olur. Çünki kredit yarımçıq qaldığından bank evi müştərinin ailəsindən almalıdır.

Həyat sığortasında isə belə problem yaşanmır – sığorta şirkəti dərhal kreditin qalığını banka ödəyir. Bu sistem bütün növ kreditlərdə (istehlak, avtomobil, biznes, ipoteka və s.) işləyir.

 

Bəs həyatı hansı məbləğə sığortalamaq lazımdır?

 

Krediti olan şəxslərin həyat sığortasında bu sual yaranmır – müştərinin həyatı onun kreditinin məbləğinə uyğun sığortalanır. Adi həyat sığortasında isə məbləği müştəri müəyyən edir. Sığorta şirkətinin nümayəndələri tövsiyə edirlər ki, müşəri təminat məbləğini hesablayarkən ödəməli olduğu kredit və borcları, ailənin aylıq maddi ehtiyacını, eləcə də digər xərcləri, məsələn, uşağın təhsili üçün olan illik ehtiyacı və.s kimi şərtləri nəzərə almalıdır.

 

Sığorta haqqının və təminatın məbləğini nəzərə alanda kifayət qədər sərfəli şərtlərdir. Məsələn, 30 yaşında bir kişi illik cəmi 219 AZN ödəməklə 25 000 AZN məbləğində təminat ala bilər. Üstəlik bu məbləği il ərzində 4 dəfəyə ödəmək imkanı da var.

 

Həyatımızı sığortalamaq baha deyil...

 

Qarşılaşdığı riskə baxanda bu sığorta məhsulu üçün sığorta haqqı elə də böyük deyil. Məsələn, 45 min manatlıq ipoteka krediti olan üçün illik sığorta haqqı 220 manatdır. Məbləği birdən ödəmək vacib deyil, onu aybaay da ödəmək olar. Müştərinin yaşı artdıqca riskləri də artır, ona görə də, yaşlı adamlarda sığorta haqqı daha yüksək olur. Məsələn, 25 yaşlı şəxs 50 min manat kredit üçün sığortalanırsa ildə 176 manat ödəməli olduğu halda, 35 yaşı olan həmin məbləğdə kreditə görə, artıq 270 manat sığorta haqqı ödəməlidir.

 

Sığorta haqqı istənilən səbəbdən ölüm, bədbəxt hadisə zamanı işə düşür. Müştəri istəsə bura əmək qabiliyyətinin itirilməsini də əlavə edə bilər. Yəni müştəri vəfat etməsə də, əgər I qrup əlil olursa, sığorta şirkəti onun kreditini ödəyir. Buraya II qrup əlilliyi də əlavə etmək olar. Amma II qrup əlil olsa, kreditin 100%-i yox, 50%-i ödənilir.

 

Həyatın müddətli sığortası üçün sığorta haqqı müştərinin yaşından, cinsindən və sığorta təminatı məbləğindən asılı olaraq dəyişir. Bu sığorta müştərinin istənilən səbəbdən vəfatı halında onun ailəsini maddi sıxıntıdan çıxaran üsuldur.

 

Sığortaçılar bu sığortanın əhəmiyyətini anlatmaq üçün müştərilərə həyatı misallar gətirməyə çalışarlar. «Övladlarımızın təhsili ilə bağlı planlarımız, ailəmizin həyat şəraitini yaxşılaşdırmaq üçün xəyallarımız və bizi daim narahat edən bir hiss var; “birdən mənim başıma bir hadisə gəlsə..?»

 

Bu sualdan narahat olanlar problemi həyat sığortası ilə həll edə bilərlər. Bu, müştərinin istənilən səbəbdən vəfatı zamanı onun ailəsinə əvvəlcədən müqavilə ilə müəyyən edilmiş məbləğin verilməsini nəzərdə tutur.

 

Müştəri yaşlandıqca, onun həyat sığortası üçün xərclər də artır. Məsələn, 1960-cı il təvəllüdlü kişi ildə 200 manat sığorta haqqı ödəyib həyatını 10 000 manat məbləğində, 1973-cü il təvəllüdlü kişi isə illik cəmi 15 manat sığorta haqqı ödəyib 6 222 manatlıq sığortalana bilər.

 

Qadınlarda sığorta haqqı daha aşağıdır. Belə ki, 1961-cü il təvəllüdlü qadın illik 10 manat sığorta haqqı ödəyib 8 180 manatlıq, 1990-cı il təvəllüdlü qadın isə illik 86 manat sığorta haqqı ödəyib 10 min manatlıq sığortalana bilər. Sığorta haqqı həm də hansı risklərdən sığortalanmaqdan asılı olaraq dəyişir.

 

Belə ki, istənidən səbəbdən ölüm halı ilə, yalnız bədbəxt hadisələrdən ölüm halından sığoorta arasında fərq var.

 

Qadınlar daha çox yaşayırsa…

 

Sığorta haqqı məbləği müştərinin yaşı ilə yanaşı, cinsindən də asılı olaraq dəyişir. Məsələn, 1987-ci il təvəllüdlü kişi 1000 manat kredit götürərsə onun illik sığorta haqqı təxminən 25 manat olacaq. Eyni məbləğdə krediti 1988-ci il təvəllüdlü qadın götürmüş olanda isə illik sığorta haqqı 12,1 manat təşkil edəcək.

 

Digər misal - 1988-ci il təvəllüdlü kişi 4000 manat kredit götürübsə onun illik sığorta haqqı 45 manat, eyni yaşda qadın 3000 manat kredit götürərsə onun illik sığorta haqqı 18 manat olacaq.

 

Müştərinin yaşı artdıqca sığorta haqqı məbləği yüksəlir. Məsələn, 1955-ci il təvəllüdlü kişi 3000 manatlıq kreditə görə, illik 90 manat sığorta haqqı ödəməlidir. Eyni yaşda və eyni məbləğdə krediti olan qadında isə sığorta haqqı 87 manat olmalıdır.

 

Qeyd edək ki, bu sxem artıq işləyir - 2016-cı ildə ipoteka kreditləri üzrə həyat sığortasında 8 ödəniş olub, müştərilərə 138,2 min manat ödənilib.

 

Məsələ təkcə pulda deyil…

 

Məşhur filmdə deyildiyi kimi, «məsələ təkcə pulda deyil, söhbət diqqətli olmaqdan gedir». Real düşündükdə, bədbəxt hadisənin qarşısını almaq onsuz da mümkün deyil. Yəni bu sığorta müştərinin özünün həyatını yox, onun ailəsinin gələcəyini təmin edir.

 

Bəs müştəri nə qəzanır? Onun yoxluğunun ağrısını hiss edən ailə həm də maddi çətinliklərlə üzləşmir. Belə vəziyyətdə müştərinin özü də mənən rahat olur, daim “birdən...” dərdi çəkmir və stressiz yaşayır.

 

Nəhayət, bu sığortanın sayəsində ailənin planları hətta ailə başçısını itirdikdə belə təmin edilir. Ailəli şəxslər bu rahatlığın nə olduğunu yaxşı bilirlər.

01.02.2017 12:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ