Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Metanolun ixac həcmlərini artırmaq niyyətindəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Metanolun ixac həcmlərini artırmaq niyyətindəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Methanol" MMC istehsal etdiyi məhsulların ixrac marşrutlarını şaxələndirmək niyyətindədir.

 

Bunu "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.

 

Onun sözlərinə görə, ixrac marşrutunun şaxələndirilməsi üçün metanolun Xəzər dənizi ilə Qara dənizə nəqlinin artırılması planlaşdırılır:

 

"Hazırda metanolun ixracını SOCAR-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi əsasən SOCAR-ın Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) həyata keçirir. Xəzər dənizi istiqamətində Volqa-Don kanalı ilə Qara dənizə ixracın həcmini artırmaq niyyətindəyik. Hazırda bu marşrutdan istifadə olunur, amma ixrac həcmləri azdır. Bu həcmləri artırmaq niyyətindəyik. Bu istiqamət daha ucuz olduğundan daşıma xərclərinə də qənaət olunmasına imkan yaradacaq. Amma ixrac marşrutlarının şaxələndirilməsi üçün saxlama həcmini də artırmaq lazımdır". 

 

MMC-nin baş direktoru həmçinin qeyd edib ki, zavodun metanolu saxlama gücü hazırda 41 min ton təşkil edirvə bu həcmin 1,5-2 dəfə artırılması planlaşdırılır.

 

Elnur Mustafayev  qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti "SOCAR Methanol" MMC bu il metanol zavodunda 350 min ton məhsul istehsal etməyi proqnozlaşdırır.

 

O xatırladıb ki, 2017-ci ildə 265 min ton metanol istehsal olunub ki, bu da plandan 6% çoxdur: "2018-ci ildə 350 min ton, 2019-cu ildə 500 min ton metanol istehsalı proqnozlaşdırılır".

 

© Report

 

25.04.2018 12:09

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ