Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Türkiyə Mərkəzi Bankı faiz artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankı faiz artırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəz Bank GLP faizini 75 bənd yüksəldib


 

Reklam_3_11

Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarlarını açıqlayıb.

 

"Marja" xəbər verir ki,TCMB borcvermə faizini (Likvidlik pəncərəsi - GLP) 12,75%-dən 13,50%-ə qaldırıb.


Qərardan sonra Türk lirəsi Dollar qarşısnda bahalaşıb. Bakı vaxtı ilə saat 15:03-də Dollar/TL məzənnəsi 4.0350 səviyyələrinədək geriləyib. Sonradan məzənnə bir qədər yüksəlib.

 

TCMB siyasət faizini (uçot dərəcəsi) 8%-də, gecəlik marginal maliyyələşmə nisbətini 9,25%-də və gecəlik borc faizini 7,25%-də sabit saxlayıb.

 
Mərkəzi Bank inflyasiya və inflyasiya gözləntilərinin olduğu yüksək səviyyələrin risk yaratmağa davam etdiyini qeyd edib. "İdxal qiymətlərindəki yüksəliş sözügedən riskləri artırmışdır" -ifadəsi istifadə edilib.

 

 SƏRT PUL SİYASƏTİNƏ KEÇİR


Açıqlamada bu ifadələrə yer verilib; "Bu çərçivədə İdarə Heyəti, qiymət sabitliyini (inflyasiyanı) dəstəkləmək məqsədilə sərt pul siyasətinə keçilməsinə qərar vermişdir".

 

Mərkəz Bank əsas məqsədi olan qiymət sabitliyi (inflyasiya) üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir. 


İnflyasiyada yaxşılaşma təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir.

 

İnflyasiya və inflyasiyaya təsir edən digər faktorlarda proseslər yaxından izlənəcək, ehtiyac duyulması halında əlavə sərt qərarlar verilə bilər.

 

Likvidlik Pəncərəsi (GLP) - Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) son borc verən məqam kimi, gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli TL borc imkanıdır.

25.04.2018 13:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ