"DekaBank"ın sabiq rəhbərinin məhkəməsi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Mərkəzi Bankın müxbir hesabından çıxarışla əlaqədar sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı sorğuya cavab gəldiyi bildirilib.
Mərkəzi Bankın məktubu məhkəmədə elan olunub. Qeyd edilib ki, hazırda "DekaBank" ləğvetmə prosesində olduğu üçün, bütün sorğular Əmanətlərin Siğortalanması Fondununa ünvanlanmalıdır.
Məhkəmədə elan olunub ki, müxbir hesabından çıxarışla əlaqədar olaraq, "DekaBank"a da sorğu göndəriləcək.
Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
"DekaBank" ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 30 d. əvvəl
-
33 d. əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
2 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
4 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl