"Ramiz Mehdiyev bizim ağsaqqalımızdır, fikirlərini qəbul edirik”
"Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirlərini birmənalı olaraq qəbul edirik”.
Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov PA rəhbəri, akademik Ramiz Mehdiyevin Diaspor Komitəsinin fəaliyyətindəki qüsurlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib.
N.İbrahimov bildirib ki, Ramiz Mehdiyev Komitədə maliyyə mənimsəməsi olduğunu deməyib. O, Komitənin fəaliyyətinin təftişinin mümkünlüyünə də aydınlıq gətirib: "Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab Prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.
Qeyd edək ki, PA rəhbəri Ramiz Mehdiyev Nazim İbrahimovun rəhbərliyi dövründə nöqsanlara yol verildiyini bildirib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
© Unikal.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 d. əvvəl
-
16 d. əvvəl
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini açıqlayıb
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 59 d. əvvəl
-
2 saat əvvəl
Ukraynanın dövlət borcu 50 milyard dollar artaraq 143,7 milyard dollara çatıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“SOCAR Methanol” yanvar-fevral aylarında istehsalı ikiqat artırıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Gardashlar Mebel”-in rəhbər heyəti dünyanın ən nüfuzlu mebel sərgisində iştirak edib
-
2 saat əvvəl
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
-
2 saat əvvəl
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək