Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Women Bankers Club”un növbəti görüşü keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Women Bankers Club”un  növbəti görüşü keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

21 aprel 2018-ci il tarixində “Women Bankers Club”un növbəti görüşü keçirildi.

 

Görüşün budəfəki qonağı Xalq yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev oldu.

 

Tədbirin əsas məqsədi Azərbaycanın bank sektorunda çalışan qadın bankirlərini bir yerə toplayaraq cəmiyyətin vacib saydığı məsələlərin müzakirəsi idi.

 

Qadın bankirlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan qadınının  cəmiyyətdə, biznesdə, həmçinin ailədə rolu və bizim cəmiyyətə verə biləcəyi töhfəsi haqqında danışılıb. Xalq yazıçısı Çingiz Abdullayev tərəfindən mövzu ilə bağlı həyati məsləhətlər və tövsiyələr verilib, görüşün sonunda isə tədbir iştirakçıları arasında faydalı tanışlıqlar və  mövzu ətrafında fikir mübadilələri aparılıb. 

 

Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

 

“Women Bankers Club” (Qadın Bankirlər Klubu) yeni yaradılsa da, tez bir vaxt ərzində bir çoxlarının rəğbətini qazanmağa müvəffəq olub.

25.04.2018 14:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ