Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Banklar üçün məhkəmə qərarlarının icrası sürətləndiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar üçün məhkəmə qərarlarının icrası sürətləndiriləcək

24 aprel 2018-ci ildə  Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi arasında görüş keçirilmişdir. Bu barədə "Marja"ya ABA-dan bildirilib.

 

Reklam_3_11

Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Azərbaycan Respublikasının Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, həmçinin Bakı şəhərinin inzibati rayonlarının, respublikanın digər böyük şəhərlərinin icra qurumlarının rəhbərləri, habelə ABA-ya üzv bankların səlahiyyətli nümayəndələri iştirak etmişlər.

 

Görüşü giriş sözü ilə açan Zakir Nuriyev Ədliyyə Nazirliyi ilə ABA arasında qurulmuş effektiv, işgüzar əlaqələr, sıx konstruktiv dialoqlardan  danışmış, Nazirliklə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Həmçinin, məhkəmə qətnamələrinin icrası zamanı qarşıya çıxan çətinliklərin daha tez və effektiv formada aradan qaldırılması üçün qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqinin araşdırılması məsələsindən söz açmışdır.

 

Baş icra məmuru Nurəddin Mustafayev məhkəmə qərarlarının icrası sahəsində hazırki vəziyyət və yeniliklər barədə məlumat vermiş, bu sahədə mövcud problemlər və onun həlli yolları, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsinə dair fikirlərini bildirmiş, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər barədə danışmışdır.

 

Daha sonra görüş konkret məsələlər ətrafında müzakirələr formasında davam etmişdir.

 

Görüş çərçivəsində əsas müzakirə mövzuları icra qurumları ilə banklar arasında elektron informasiya resurslarının məlumatlarının mübadiləsi, qanunvericiliklə icra məmurları üçün açıq olan və banklarda saxlanılan informasiyaya çıxışın təmin olunması, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsi, eləcə də mövcud boşluqların aradan qaldırılması üzrə təşəbbüslərin artırılması, bununla bağlı beynəlxalq təcrübələrin öyrənilməsinin davam etdirilməsi, xüsusilə sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyalarına daha həssas münasibət, əhalinin icra prosesi ilə bağlı maarifləndirilməsi üzrə işlərin intensivləşdirilməsi və digər məsələlər olmuşdur. İcra qurumları ilə ictimai təsisatlar arasında ünsiyyət və kommunikasiyanın gücləndirilməsi, icrada olan işlər və onların nəticələri barədə effektiv və innovativ məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi məsələlərinin əhəmiyyəti də vurğulanmışdır.

 

Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı iş aparılması üçün hər iki tərəfin nümayəndələrindən ibarət işçi qrupun yaradılması ilə bağlı qarşılıqlı razılığa gəlinmişdir.  

 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

25.04.2018 15:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ