“Maliyyə Bazarlarına Virtual Səyahət” mövzusunda seminar keçirilib

24 aprel 2018-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyi, İnvestAZ İnvestisiya Şirkəti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Maliyyə və Menecment ixtisası üzrə təhsil alan tələbələr üçün “Maliyyə Bazarlarına Virtual Səyahət” mövzusunda seminar keçirilmişdir.

 

Seminarda Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyətinin Sədri Ceyhun İbrahimov çıxış edərək ölkəmizin maliyyə bazarlarının inkişaf tarixi, mövcud investisiya imkanları və gələcək hədəfləri barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir.

 

Daha sonra İnvestAZ İnvestisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov seminar iştirakçılarına Beynəlxalq Maliyyə bazarlarındakı yatırım imkanlarından, analiz üsullarından məlumat vermiş, gələcəyin maliyyəçilərinə dünya maliyyə bazarlarına onlayn çıxış imkanlarını izah etmişdir.

 

Seminarın sonunda iştirakçılara sertifikatlar verilmişdir.

 

Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadiyyat kafedrasının rəhbəri i.ü.f.d. dosent Vüqar Nəzərov, həmçinin “Maliyyə Bazarları fənni”ni tədris edən i.ü.f.d. dosent Səkinə Hacıyeva bu cür seminarların gələcəyin iqtisadçıları üçün çox önəmli olduğunu qeyd etmiş, seminarın keçirilməsinə görə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasına və İnvestAZ İnvestisiya şirkətinə dərin təşəkkürlərini bildirmişlər.

25 Aprel 2018 , 18:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin