Ən yuxarı (mobil)-2_30

"PAŞA Bank" Gürcüstanda da mənfəətlə çalışır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank" Gürcüstanda da mənfəətlə çalışır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-mart aylarını 871 min lari (595 min manat) xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,9% azdır.

 

3 ay ərzində "PAŞA Bank Gürcüstan"ın faiz gəlirləri 4,395 milyon lari (3 milyon manat), faiz xərcləri 1,112 milyon lari (760 milyon manat), qeyri-faiz gəlirləri 820 min lari (560 min manat), qeyri-faiz xərcləri 2,7 milyon lari (1,845 milyon manat), xüsusi ehtiyatlara ayırmaları isə 532 min lari (360 min manat) təşkil edib.

 

Aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 277,363 milyon lari (189 milyon manat) olub ki, bu da illik müqayisədə 5,2% çoxdur. Bunun 128,057 milyon larisi (87 milyon manatı) müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,25% böyüyüb.

 

Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 171,28 milyon lari (117 milyon manat) təşkil edib ki, bu da illik müqayisədə 6,3% çoxdur. Bunun 57,731 milyon larisi (39 milyon manatı) müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 50,65% böyüyüb.

 

Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 3,4% artaraq 106,083 milyon lariyə (72 milyon manat) çatıb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (70 milyon manat) qalıb. 

 

© Renkinq

25.04.2018 16:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ