Twitter-in gəliri artıb

Twitter, bu ilin yanvar-mart dövrünə dair balansını açıqlayıb.

 
"Marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, bu ilin ilk rübündəki gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə, 21,3 faiz artım göstərərək 665 milyon dollara yüksəlib. Şirkət, 2017-nin yanvar-mart dövründə 548 milyon dollar gəlir əldə etmişdi.
 

Şirkətin bu ilin ilk üç ayındakı reklam gəliri də keçən ilin eyni dövrü ilə müqayisdə 21,3 faiz artımla 575 milyon dollara yüksəlib. Twitter, ötən ilin ilk rübündə 474 milyon dollar reklam gəliri əldə etmişdi.
 

Açıqlamada, keçən ilin ilk rübündə 62 milyon dollar zərər edən Twitter-in bu ilin eyni dövründə 61 milyon dollar mənfəət tutduğu qeyd edilib.
 

Həmçinin açıqlamada, Twitter-in bu ilin ilk rübündəki aylıq orta hesabla aktiv istifadəçi sayının, ötən ilin eyni dövrünə nisbətən 2,7 faiz artaraq 336 milyona çatdığı məlumatına yer verilib. Bu rəqəm ötən ilin ilk rübündə 327 milyon olmuşdu.

25 Aprel 2018 , 19:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin