Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da xam neft ehtiyatları artdı - QİYMƏTLƏR DÜŞÜR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları artdı - QİYMƏTLƏR DÜŞÜR

ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,2 milyon barel (0,5 faiz) artımla 429,7 milyon barelə çatdığını açıqlayıb.
 

"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 1,6 milyon barrel azalma göstərəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,1 milyon azalmışdı. 

Reklam_3_11

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 664,7 milyon barrelə enib. ABŞ-ın həftəlik benzin ehtiyatları ötən həftə 0,8 milyon barrel (0,4 faiz) artaraq 236,8 milyon barrelə çatıb.


 
Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,6 milyon azalma qeyd etməsi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3 milyon barrel azalma göstərmişdi.


 
 XAM NEFT HASİLATI SON 15 HƏFTƏDƏ 14 DƏFƏ YÜKSƏLİB
 

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 539 min barel artımla 8,47 milyon barelə qalxıb, xam neft ixracı da gündəlik orta hesabla 582 min barel artımla 2,33 milyon barelə çatıb.


 
ABŞ-ın xam neft hasilatı da keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 46 min barel artımla 10,59 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 15 həftədə 14 dəfə artmışdır.

 
EIA-nın Aprel 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir.
 

Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,4 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyması nəzərdə tutulur.
 

NEFT QİYMƏTLƏRİ DÜŞÜB
 
ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarındakı artımın ardından qlobal bazarda xam neft qiymətləri geriləyib. Bakı vaxtı ilə saat 21.20-də Brent növü neft 73,23 dollara, ABŞ-ın Qərbi Texas (WTI) nefti isə 67,17 dollardan alıcı tapıb. Brent nefti 0,8% ucuzlaşıb.

25.04.2018 19:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ