Ən yuxarı statik reklam_3

Apple-ın direktoru Tramp ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-ın direktoru Tramp ilə görüşüb

ABŞ və Çin arasındakı "ticarət gərginliyi" davam edərkən, Apple-ın İcraçı direktoru Tim Kuk (Tim Cook) Çərşənbə günü Oval Ofisdə ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Kuk həmçinin Trampın baş iqtisadi müşaviri Larri Kudlou ilə də görüşüb.
 

"Marja" xəbər verir ki, Ağ Ev sözçüsü Sarah Sanders, görüşün həftələr əvvəl planlaşdırıldığını və başlıca məqsədinin "ticarət mübahisəsi" olduğunu qeyd edib. Ağ Ev görüşə dair başqa bir açıqlama verməyib.
 

Bu ana qədər Apple "ticarət gərginliyin artmasından" ciddi şəkildə təsirlənmiş görünmür, ancaq çox məhsulunu Çində istehsal edən ABŞ-ın texnologiya şirkəti hər an təsir görə bilər.
 

Apple son rübdə 35 milyard dollar gəlir əldə edib. Bunun 18 milyard dolları Çindən gəlib. Tim Kuk direktor vəzifəsinə təyin olunduğu 2011-dən bu yana, Çin Apple-ın ən əhəmiyyətli bazarlarından biri olub.  

26.04.2018 04:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ