Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Nasdaq kripto valyutalar üçün birja ola bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nasdaq kripto valyutalar üçün birja ola bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın ən böyük texnologiya şirkətlərinin səhmlərinin ticarət olunduğu və ölkənin ən böyük birjalarından biri Nasdaq Texnologiya İndeksinin, kripto valyutalar üçün birja ola biləcəyi bildirilib
 

"Marja" xəbər verir ki, Nasdaq-ın icraçı direktoru Adena Friedman ABŞ-ın CNBC kanalına verdiyi açıqlamada, "Bitcoin kimi virtual pulların birja əməliyyatlarının zamanla Nasdaqda həyata keçirilməsi mümkündür" ifadəsini istifadə edib.
 

Bunun baş verməsi üçün ilk növbədə kripto valyuta bazarlarının tənzimlənməsinə ehtiyacın olduğunu qeyd edən Fridman, xüsusilə virtual pulların ilk kütləvi təklifinin (ICO) tam tənzimlənməsinin lazım olduğunu vurğulayıb.
 

Fridman, rəqəmsal pul bazarlarının yetkinləşməsi üçün lazımlı zamanın isə hələ məlum olmadığını qeyd edib.
 

ABŞ-ını tənzimləyici qurumu Daşınan əmlak və Birja Komissiyası (SEC) bu ilin əvvəlindən etibarən ölkədəki minlərlə ICO-yu dələduzluq çərçivəsində araşdırmağa başlamış, kripto valyuta birjaları və virtual kisələr haqqında yeni qanunlar hazırlanması üçün də işlər aparacağını bildirmişdi.

26.04.2018 04:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ