Facebook-un gəliri və xalis mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Facebook-un gəliri və xalis mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şirkətin ilin ilk rübündəki xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz artımla 4,99 milyard dollara çatıb.


 

Reklam_3_11

Sosial media saytı Facebook-un, bu ilin ilk rübündəki xalis mənfəəti və gəliri, ötən ilin eyni dövrünə nisbətən artım göstərib.
 


"Marja" xəbər verir ki, Facebook-dan verilən məlumata görə, şirkətin bu ilin ilk rübündəki xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz artımla 4,99 milyard dollara çatıb. Şirkət keçən ilin yanvar-mart dövründə 3,06 milyard dollar təmiz gəlir əldə etmişdi.


 
Ötən ilin ilk rübündə Facebook-un bir səhmə mənfəəti 1,04 dollar idisə, bu ilin ilk rübündə həmin məbləğ 1,69 dollara yüksəlib.


 
Şirkətin ilin ilk rübündəki gəliri də keçən ilin eyni dövrü ilə müqayisədə 49 faiz yüksələrək 11,97 milyard dollara çatıb. Facebook, 2017-nin ilk üç ayında 8,03 milyard dollar gəlir götürmüşdü.


 
Facebook-un reklamlardan əldə etdiyi gəlir, 2017-nin ilk rübündə 7,86 milyard dollar reallaşarkən, bu rəqəm 2018-in ilk rübündə 11,79 milyard dollara çataraq 50 faiz artım qeyd edib.


 
Aylıq istifadəçi sayı 2,2 milyarda çatıb


 
Bu ilin yanvar-mart dövründə Facebook-un gündəlik və aylıq aktiv istifadəçi sayında da artım görülüb.


 
Şirkətin gündəlik aktiv istifadəçi sayı bu ilin ilk rübündə orta hesabla 1,45 milyard nəfər olarkən bir əvvəlki ilin eyni dövrünə nisbətən 13,3 faiz yüksəlib.


Facebook-u istifadə edən aylıq aktiv istifadəçi sayı, bu ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq orta hesabla 2,2 milyard nəfərə çatıb.


 
İlk rüb balansının müsbət olması ilə əlaqədar Şirkətin səhmləri bahalaşıb. Facebook-un səhminin   qiyməti 167,36 dollara qədər qalxaraq 4,8 faiz dəyər qazanıb.

26.04.2018 05:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ