Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Xalq Bank" gecikən kreditlərin azalması ilə mənfəətini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xalq Bank" gecikən kreditlərin azalması ilə mənfəətini artırıb

"Xalq Bank" 2018-ci ilin 1-ci rübünü 7 milyon 522 min manat xalis mənfəət ilə başa vurub. Bank 2017-ci ilin 1-ci rübünü 598 min manat xalis mənfəətlə bağlamışdı.

 

"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Xalq Bank"ın cəmi gəlirləri 2,5% artaraq 30 milyon 132 min manat təşkil edib. Bank 2017-ci ilin 1-ci rübündə 30 milyon 922 min manat cəmi gəlir əldə etmişdi. 

 

Faiz gəlirləri 26 milyon 527 min manatdan 27 milyon 88 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 4 milyon 395 min manatdan 3 milyon 45 min manata düşüb..

 

2017-ci ilin 1-ci rübündə 15 milyon 482 min manat əməliyyat mənfəəti əldə etmiş "Xalq Bank", 2018-ci ilin 1-ci rübündə 15 milyon 810 min manat əməliyyat mənfəəti təmin edib. Əməliyyat mənfəətinin 8 milyon 299 min manatı kredit və depozit itkiləri üçün yaradılan ehtiyatlara ayrılıb. Bank 2017-ci ilin 1-ci rübündə ehtiyatlara 14 milyon 891 min manat ayırmışdı. Ehtiyatlara ayırmaların azalması gecikən kreditlərin artmasının səngidiyinə işarədir. Ehtiyatlara ayırmadan sonra Bankın 7 milyon 511 min manat mənfəəti qalıb.  

 

31 Mart 2018-ci il tarixində "Xalq Bank" 2 milyard 226 milyon manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 322 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin sonunda 1 milyard  814 milyon manat aktivlərin 1 milyard 312 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.

 

Mərkəzi Bankda müxbir hesabda və başqa banklardakı müxbir hesablarda "Xalq Bank"ın vəsaitləri artdığından aktivlər də artıb.

26.04.2018 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ