Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Kuzu” Azərbaycan mətbəxi restoranlar şəbəkəsi açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kuzu” Azərbaycan mətbəxi restoranlar şəbəkəsi açılacaq

Azərbaycanlı iş adamları Sankt-Peterburqda “Kuzu” stritfud restoranlar şəbəkəsi açacaqlar. Bu barədə Rusiya mətbuatı məlumat verir.

 

Reklam_3_11

“Eynar İsmayılov və Arif Vəliyev iş adamları “Kuzu” Azərbaycan mətbəxi restoranlar şəbəkəsini istifadəyə verirlər”, - məlumatda deyilir.

 

“Peterburqda Avropa, İsrail, Gürcüstan və “Мяsoet” kimi Türkiyə stritfud restoranları geniş təmsil olunur, Azərbaycana aid isə yoxdur”, - E.İsmayılov bildirib.

 

İlkin məırhələdə stritfud restoranlarının menyusuna Azərbaycan mətbəxinə aid 30 növ müxtəlif yeməklər daxil olacaq, kabablar, dürümlər, buğlama və s.

 

Ərzaqların bir hissəsin, əsasən tərəvəz və konservləri biznes sahibləri Azərbaycandan tədarük etməyi nəzərdə tuturlar, qoyun əti isə Dağıstanda sifariş etməyi planlaşdırırlar.

 

Hazırda iş adamları 52 nəfərlik ilk restoran açırlar, yayda isə 95 nəfərlik ikinci restoran açılacaq. Şəbəkə əsasən turist və tələbələr üçün nəzərdə rurulur. O cümlədən, “Kuzu”nun üçüncü restoranın açılması planlaşdırılır.

 

“2019-cu ilə qədər şəhərdə təxminən 100 mln. rubl ümumi dəyərində 5 restoran açılacaq. Məbləğin təqribən 70%-i Peterburq rantyelərinin birindən cəlb olunan investiyaların payına düşür”, - məlumatda vurğulanır. 

 

© İnterfaks-Azərbaycan

26.04.2018 10:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ