Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gözlər Avropa Mərkəzi Bankının qərarında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gözlər Avropa Mərkəzi Bankının qərarında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq bazarlar Avropa Mərkəzi Bankının (AMB) qərarına fokuslanıb. Avro Bölgəsi iqtisadiyyatında yavaşlama olduğuna işarə edən göstəricilər səbəbindən bankın faizlərdə dəyişikliyə gedəcəyi gözlənilmir. Sədr Mario Draghi-nin çıxışı izlənəcək.
 

"Marja" CNBC-yə istinadən xəbər verir ki, "Natixis"in analitiki Dirk Schumacher bankdan bir hərəkət gözləmədiklərini qeyd edərək "İclasda ritorikanın da dəyişməsini gözləmirik. İyun toplantısında aktiv alışı proqramına dair bir ritorika ola bilər" deyib.
 

Reklam_3_11

Avropa Mərkəzi Bankı 2017-ci ilin Dekabr ayına qədər aylıq 60 milyard avro olan aktiv (qiymətli kağızlar) alışı miqdarını 2018-ci ilin yanvar ayından Sentyabr ayının sonuna qədər aylıq 30 milyard avro səviyyəsində davam etdirəcəyini açıqlamışdı.
 

Sədr Draghi ötən həftə Vaşinqtonda BVF toplantısında "Böyümə impulsunun davam etməsi gözlənilir" deyərək iqtisadiyyata dair nikbinliyini qoruyub saxladığını göstərmişdi.
 

2017-ci il Avro Bölgəsi iqtisadiyyatı üçün güclü bir il olub, ancaq bu ilin əvvəlində istehsal və etibarda baş verən azalma inflyasiyanın yüksəlməsinə təhdid yaradır.
 

"Société Generale"ın Avropa iqtisadçısı Anatoli Annenkov, "Ləngimə müvəqqəti olsa da İyun ayına qədər inflyasiyada sağalmanı mümkün görmürük, bu da AMB-ni aktiv alışını uzatmağı yenidən qiymətləndirməyə sövq edə bilər. Faizlərin də İyun və Sentyabr 2019-da artırılacağını gözləyirik", - ifadəsini istifadə edib.
 

Çox investor və iqtisadçı ilk faiz artımını 2019-cu ilin yaz aylarında gözləyir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bu gün Bakı vaxtı ilə saat 15:45-də Avropa Mərkəzi Bankının faiz qərarı və saat 16:30-da mətbuat konfransı baş tutacaqdır. Mətbuat konfransında açıqlanacaq bankın gələcək iqtisadi gözləntilərini investorlar böyük maraqla gözləyirlər və maliyyə bazarlarında böyük dalğalanmalara səbəb ola bilər. 

26.04.2018 10:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ