Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu holdinq istixana kompleksi yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu holdinq istixana kompleksi yaradıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 İmişlidə 4 hektar ərazidə yeni istixana kompleksi yaradılıb.

 

“Araz Agro Alko Kombinat” Holdinq tərəfindən inşa olunan kompleksə əkin sahələri ilə yanaşı, məhsulların saxlanılması üçün anbarlar, iki qazanxana, yardımçı və inzibati binalar daxildir. Kompleks istilik-mühafizə pərdələri və havalandırma sistemi ilə təchiz edilib. Burada müasir texnologiyaların tətbiqi enerji xərclərinə qənaət etməyə şərait yaradacaq. Bu da öz növbəsində yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətə davamlı məhsul çıxarılmasına imkan verəcək. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarında istifadə olunacaq.

 

İstixanada əkiləcək bitkilərin suvarılması və dərmanlanması üçün iki su anbarı inşa edilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb. Kompleksdə istehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə ixracı nəzərdə tutulur.

 

Hazırda kompleksdə Hollandiyadan gətirilən “Arletta” növlü pomidor şitilinin əkilməsinə başlanılıb. İstixanada, həmçinin xiyar, badımcan, bibər və digər tərəvəz məhsulları yetişdiriləcək.

 

Kompleksdə 50 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

© Azərtac

 

 

13.12.2016 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ